Bakıda “simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq

170

Bu gecə saat 02:00-06:00 arası “Baktelecom” rabitə operatoru tərəfindən LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində aparılan yenidənqurma və profilaktik tədbirlərlə əlaqədar şəbəkənin əhatə dairəsinə daxil olan bütün ərazilərdə müvafiq xidmətin göstərilməsində fasilələr qeydə alınacaq.

Şirkətdən “SosialMedia.az -Economics”ə verilən məlumata görə, profilaktik tədbirlər başa çatdıqdan sonra şəbəkənin fəaliyyəti bərpa ediləcək.