Bakıya satmaq üçün narkotik gətirdi

181
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Astara rayon sakini Qorxmaz Şahbazovu paytaxt ərazisində saxlayıb.
Daxili İşlər Nazilriyindən SosialMedia.az- a daxil olan məlumata görə, axtarış zamanı onun üzərindən 72,6 qram yüksək təsirediciyə xassəyə malik narkotik vasitə olan heroin və 8,1 qram metamfetamin aşkar olunaraq götürülüb.
Q.Şahbazov ifadəsində narkotik vasitələri Astara rayonunda adı istintaqa məlum olmayan şəxsdən əldə etdiyini və satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Mehman Nəbiyev