ELF Studio əlilliyi olan xanımlar üçün xeyriyyə aksiyası təşkil etdi

506

ELF Studio Academy xeyriyyə aksiyası təşkil etdi. Xeyriyyə aksiyası “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin üzvü olan xanımlar üçün təşkil olunub.

Bu barədə SosialMedia.az-a ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə,ELF Studionun rəhbəri stilist-vizajist Xavər xanımın rəhbərliyi ilə təşkil olunan aksiyada 15 əlilliyi olan xanımlar iştirak edib. Xavər xanımın sözlərinə görə, bu aksiyanı keçirməkdə məqsəd əlilliyi olan xanımlar üçün bir stimul verməkdir.

Onların həm gözəl görünmələri üçün təşkil olunan bi aksiya bir növ bu sənətin incəlikləri ilə onları tanış etmək və bu sahəyə maraqlarını artırmaqdır.Onlar bu sahəni öyrənərək gələcəkdə usta kimi fəaliyyət göstərərək öz işlərini qura bilər və bununla sosial rifahlarını düzəldə bilərlər. Mən bu yaxınlarda Türkiyə Respublikasında böyük bir layihədə iştirak etdim. Orda Almaniyadan Soydaşımız Altay Recep bütün dünyadan Türkiyəyə stilis və vizajistləri dəvət edərək orda xeyriyyə aksiyası təşkil etmişdir. Orda hər bir usta əngəlli xanımları təmənnassız bəzəyir və ora köçürdükləri vəsaitlə əlilliyi olan insanlara araba alırdılar.

Məndə ölkəmizə qayıtdıqdan sonra belə bir layihənin ölkəmizdə keçirilməsini istədim. Əlilliyi olan xanımların həyat şəraitinin yaxşılaşdırılmasına dəstək olmaq üçün sənətimizi onlara öyrədəcəyimə qərara verdim. Onlara ən yaxşı ustalarımızın köməkliyi ilə gözəl görünməyə,həm də usta kimi yetişmələri üçün tam şərait yaradıldı.Bu aksiya hər 3 aydan bir tərəfimizdən icra olunacaq . Bu yaxınlarda 23-24 sentyabrda yenidən “Əngəllərimiz üçün burdayıq” adlı layihədə iştirak etmək üçün Ankaraya yola düşəcəm.Məndə ölkəmizə qayıtdıqdan sonra belə bir layihənin ölkəmizdə keçirmək istəyirəm deyə vurğulayıb.Sonda təşkilat üzvüləri ELF Studio Academy rəhbəri Stilist Xavər xanıma və kollektivinə minnətdarlığlarını bildirdilər.