Qobustanda tanınmış həkim çardaqdan yıxılaraq ölüb

18

Qobustan rayonunda həkim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

SosialMedia.az-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bəklə kəndində qeydə alınıb. Kənd sakini, Rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi, 67 yaşlı Balamirzə Məsimov yaşadığı evin həyətindəki çardaqdan üzüm yığarkən ehtiyatsızlıq edib və yıxılaraq ağır bədən xəsarətləri alıb.

B.Məsimov müalicə üçün təcili olaraq Bakı xəstəxanalarından birinə aparılıb. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaq, B.Məsimov dünyasını dəyişib.

Qeyd edək ki, Balamirzə Məsimov Qobustan rayon Mərkəzi Xəstəxanasının cərrahı olub.

Faktla bağlı araşdırma aparılır.