Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

19

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb.

SosialMedia.az-ın məlumatına görə, bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.

81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.

Nəticədə M. Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.