Paytaxtda qəza: iki avtobus toqquşdu

19

Bir qədər əvvəl Heydər Əliyev prospekti hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə SosialMedia.az -a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, qəza nəticəsində minik avtomobili eləcə də, 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub.

Qəza ilə əlaqədar araşdırma aparılır.