Sumqayıtda kafedə ölüm hadisəsi baş verib

27

Sumqayıtda kafedə ölüm hadisəsi baş verib.

SosialMedia.az-ın məlumatına görə, hadisə şəhərin İnşaatçılar küçəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə işləyən, 1960-cı il təvəllüdlü Həsənov Etibar Mirzəağa oğlunun vəziyyəti qəflətən pisləşib. Əraziyə təcili tibbi yardım çağırılıb və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.