Sürücülərin NƏZƏRİNƏ: Yol Polisi “Diqqət, uşaqlar!” aylığına hazırlaşır

203
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti dəfə maarifləndirici tədbir həyata keçirib. Bu məqsədlə əməkdaşlar 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlar və müəllimlərlə görüşüb.
Daxili İşlər Nazirliyindən SosialMedia.az -a verilən məlumata görə, nazirliyin Baş Dövlət Yol Polis İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsinin əməkdaşları uşaqlarla görüş zamanı küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması və yol hərəkəti qaydalarının öyrənilməsi istiqamətində açıq dərs keçirib.
Dərs müddətində aparılan müzakirələr uşaqlar tərəfindən böyük maraqla qarşılanıb, yol hərəkəti qaydaları ilə bağlı suallar cavablandırılıb. Eyni zamanda, mərkəzin ərazisində yeni nişanlanma xəttləri, yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər BDYPİ tərəfindən həyata keçirilib. Yol polisinin gördüyü işlərə görə məktəbin müəllim və şagird heyəti, valideynlər, Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər.