Şuranın dəstəyi ilə Sumqayıt şəhərində məcburi əmək mövzusunda növbəti tədbir keçirildi

195

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” adlı layihənin icrasını həyata keçirdir.

Bu barədə SosialMedia.az-a Zenfira Mustafayeva məlumat verib. Layihə çərçivəsində may ayından başlayaraq insan alverinin bir forması olan məcburi əmək ilə mübarizə mövzusunda artıq bir neçə tədbir keçirilmişdir.

Tədbirlərin davamı olaraq növbəti seminar təşkilatın Sumqayıt şəhərindəki ofisində keçirildi. Seminarın aparıcıları qismində “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İçtimai Birliyinin rəhbəri Zenfira Mustafayeva və beynəlxalq sertifikatlı ekspert Gülgəz Abbasquliyeva çıxış etmişlər.

Tədbirin əsas məqsədi həssas qrupların məcburi əmək mövzusunda maarifləndirilməsi olmuşdur.

Tədbir zamanı məcburi əməyə səbəb olan amilər və onlarla mübarizə yolları, uşaq əməyinin istismarı, məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsindən bəhs olunub.

Tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.