Azərbaycan benzin və dizelin istehsalını artırıb

331

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,14 mlrd. manata yaxın olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6% çoxdur.

SosialMedia.az-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalmış, avtomobil benzininin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artmışdır. 

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2019-cu ilin yanvar-avqust aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Avtomobil benzini, min ton

818,2

101,4

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

184,6

121,9

Ağ neft, min ton

406,2

97,2

Dizel yanacağı, min ton

1 450,2

106,5

Yanacaq mazutu, min ton

76,8

150,9

Sürtkü yağları, min ton

13,4

15,5

Neft bitumu, min ton

163,1

84,7

Neft koksu, min ton

168,5

97,1