Azərbaycanda bu ilin 8 ayında 392 qaçaqmalçılıq faktı qeydə alınıb

111

Bu ilin 8 ayında 392 qaçaqmalçılıq faktı qeydə alınıb.

SosialMedia.az-ın Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 260 fakt aşkar edilib.

Gömrük orqanları tərəfindən ödənişlərin ödənilməsindən yayınması ilə bağlı 9 fakt, aksiz markasız idxal etmə 17 fakt, digər cinayət xarakterli faktlar əlaqədar 109 fakt qeydə alınıb.