Milli Məclisin komitəsində bir ailənin üzvlərinin müxtəlif rayonlara müəllim kimi təyinatı problemi qaldırılıb

203

“Müəllimlərin işə qəbulu zamanı ailənin bir üzvünün bir rayona, digər üzvünün digər bir rayona düşməsi halları kimi problemlərə rast gəlinir”.

SosialMedia.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli bildirib.

İ. Həbibbəyli deyib ki, bu kimi hallarla bağlı komitəyə və nazirliyə müraciətlər olur, nazirliklə birlikdə ayrı-ayrılıqda bu kimi halların ortadan qaldırılması üçün addımlar atılır: “Bu barədə fikirlərin səslənməsi, ictimai müzakirələr ortaq məxrəcə gəlməyə kömək edəcək”.