Sumqayıtda evlərdən oğurluq edən keçmiş məhkumlar tutulub

134

Sumqayıtda evlərdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – S.Cəfərov və E.Qasımov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 həyətyanı sahədən məişət əşyaları, 1 evdən isə təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.