Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək

139

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

SosialMedia.az-ın məlumatına görə, dəyişiklik maye qazla bağlıdır.

Qərara əsasən, maye qaz topdansatış qiyməti dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.