Metronun “28 May” stansiyası yaxınlığında qadın naməlum şəxs tərəfindən döyülüb

126

Bakının Nəsimi rayonunda qadın xuliqanlıq zəminində döyülüb.

SosialMedia.az xəbər verir ki, hadisə metronun “28 May” stansiyasının yaxınlığında, Azadlıq prospektində qeydə alınıb.

Naməlum şəxs Bakı sakini, 1984-cü il təvəllüdlü Leyla İsmayılovanı döyərək hadisə yerindən qaçıb. Bundan sonra zərərçəkmiş polisə müraciət edib.

Faktla bağlı Nəsimi RPİ-nin 22 Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.