Qadını döyüb pulunu aldı

153

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Cəlilabad rayon sakini olan qadın sentyabrın 16-da axşam saatlarında bir nəfərin onu döydüyünü, habelə bıçaqla hədələyib 60 manat pulunu aldığını bildirib.

SosialMedia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Q.Rzayev saxlanılıb.

Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.