Azərbaycan Televiziyasının yeni layihəsi – “ANALAR AKADEMİYASI”

162

Azərbaycan Televiziyasında daha bir layihəyə imza atılıb.

SosialMedia.az xəbər verir ki, “Analar Akademiyası” adlı yeni layihə gənc analar və ana olmağa hazırlaşan xanımlar üçün maarifləndirici olmaqla yanaşı, eyni zamanda, uşaq tərbiyəsində önəmli rol alan məqamların təbliği və analığın ən gözəl tərəflərini göstərən, daha diqqətli və bilikli ana olmağa səsləyən bir verilişdir.

35 dəqiqə davam edən verilişdə analar üçün ən aktual olan mövzuların müzakirəsində mütəxəssislər, yaradıcı, sosial həyatı aktiv olan analar və bəzən həkimlər qonaq olur.
Qeyd edək ki, veriliş həftə içi 5 gün, saat 11.20-də efirə çıxır.