Məşğulluq Mərkəzinə gəlmək imkanı olmayan şəxslər üçün səyyar xidmət təşkil olundu

176

18 sentyabr 2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Xəzər rayonunda Məşğulluq Mərkəzinə gəlmək imkanı olmayan şəxslər üçün səyyar xidmət göstərilib.

SosialMedia.az xəbər verir ki, Səyyar xidmətin məqsədi özünüməşğulluq proqramı və digər aktiv məşğulluq tədbirlərinin təbliğ olunması, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatının aparılması olub.

Tədbirdə Bakı şəhər Məşğulluq İdarəsinin rəsmisi, Xəzər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xəzər rayonuda fəaliyyət göstərən “KOB dostu” ofisinin rəhbər və Xəzər rayon Məşğulluq Mərkəzinin rəhbəri iştirak edib.

Səyyar xidmət zamanı vətəndaşlara Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən özünüməşğulluq layihəsi barədə məlumat verilib, proqramın kiçik sahibkarlığa çıxış imkanı yaratdığı və aztəminatlı ailələrin büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılmasında mühüm rol oynadığı bildirilib.

Daha sonra özünüməşğulluq proqramı və peşə hazırlığı üçün müraciət edən şəxslərin yerindəcə qeydiyyatı aparılıb.