Nazirlər Kabineti gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri barədə qərarını açıqlayıb

131

Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal  büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və  gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və  proqnoz göstəriciləri haqqında” qərarını açıqlayıb.

SosialMedia.az-ın məlumatına görə, qərara əsasən,  “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət  büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal  büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və  gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz  göstəriciləri” bəyənilib.

Qərarda qeyd edilib ki, büdcə layihələri “Büdcə  sistemi haqqında” qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan  Respublikasının Prezidentinə təqdim edilsin.