Musa Quliyev energetik içkilərin reklamının qadağan olunmasını təklif edib

124

“Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin parlamentin işlər planına salınmasını təklif edirəm”.

SosialMedia.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, energetik içkilərin reklamı qadağan olunmalıdır: “Energetik içkilərin gənclərin sağlamlığına zərərli təsiri məlumdur. Amma telekanalların hamısında bu içkilər reklam olunur. Ona görə də “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsi vacibdir” .

M. Quliyev “Reproduktiv sağlamlıq haqqında” qanunun bu sessiyada qəbulunun da vacib olduğunu, növbəti sessiyaya qalmayacağına ümid etdiyini söyləyib.