Şuranın dəstəklədiyi layihə çərçivəsində sonuncu tədbir keçirildi

290

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” adlı layihənin icrasını həyata keçirdir.
SosialMedia.az xəbər verir ki, layihə icrası ilə bağlı məcburi əmək və insan alveri ilə mübarizə mövzusunda 4 tədbir keçirilmişdir.

Layihə çərçivəsində keçirilən sonuncu tədbir “Məcburi əmək və onun fəsadları” mövzusunda Sumqayıt şəhərində təşkilatın ofisində keçirilib.

“Məcburi əmək və onun fəsadları” tədbirində ekspert qismində hüquqşunas Ruslan Mustafazadə və beynəlxalq sertifikatlı ekspert Gülgəz Abasquliyeva çıxış ediblər.

Tədbir zamanı Ruslan Mustafazadə məcburi əmək və məşğulluq haqqında qüvvədə olan qanunlardan, fərman və sərəncamlardan məlumat verdi və məcburi əməklə mübarizə sahəsində dövlət orqanları və QHT təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər haqqında geniş danışdı.

Tədbir zamanı uşaq əməyinin istismarı, məcburi əməyin qurbanları və potensial qurbanlar haqqında məlumat verildi.

Tədbirdə KİV nümayəndləri, QHT əməkdaşları, bu sahədə çalışan dövlət orqanları nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.