Hacıqabulda avtobus piyadanı vuraraq öldürüb

113

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, oktyabrın 2-də saat 21 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Sumqayıt şəhər sakini Abdulla Fətullayev idarə etdiyi “DAF” markalı avtobusla yolu keçən 35-40 yaşlı kişini vurub və piyada hadisə yerində ölüb.

Fakta bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.