Bakıda 58 yaşlı kişini elektrik cərəyanı vurub, vəziyyəti ağırdı

150

Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

SosialMedia.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Şirinov Elmar Mehdi oğlunu rayonun 28 May küçəsində yaşadığı mənzildə elektrik cərəyanı vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.