“Deputatın dindirilməsi təxribatdı” – Rusiyadan SƏRT CAVAB

19
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ Federal Təhqiqatlar Bürosunun rusiyalı deputat İnqa Yumaşevanı dindirməsini təxribat və beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib.
SosialMedia.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, V. Volodin deyib ki, İ. Yumaşeva Dövlət Dumasında ABŞ Konqresi ilə əlaqələr üzrə qrupun koordinatorudur, ABŞ-da beynəlxalq foruma dəvət edilib.
Deputatın ABŞ səfirliyindən viza aldığını xatırladan V. Volodin qeyd edib ki, ABŞ-da Rusiya ilə ikitərəfli münasibətləri kəskinləşdirmək istəyən qüvvələr var.
Qeyd edək ki, Fort-Ross Dialoq Forumunda iştirak etmək üçün ABŞ-a səfər edən İ. Yumaşeva Nyu-York aeroportunda saxlanıb və 1 saata qədər Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən dindirilib.