İstedadlı əlillər Beynəlxalq Festivalda qalib olaraq Qran Prini Azərbaycana gətirdilər

334

Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prini Azərbaycana gətirdilər.
4-7 oktyabr 2019- cu il tarixdə İstedadlı Əlillər İctimai Birliyinin üzvləri Gürcüstanın Rustavi şəhərində keçirilən IVERIA – DIAMOND – 2019 adlı Beynəlxalq Festivalın qalibi oldular.

Bu barədə SosialMedia.az-a “İstedadlı Əlillər” İctimai Birliyinin mətbuat xidmətindən bildirilib. Festivalda Azərbaycan, Almanıya, İzrayil, Gürcüstan, Ukrayna, Ermənistandan müxtəlif fiziki imkanları məhdud olan istedadlı insanlar iştrak etmişlər. Azərbaycanı təmsil edən İstedadlı Əlillər İctimai Birliyinin və Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin üzvləri Bəhlul Əliyev, Aysel Əlizadə, İlqar Əhmədov, Mehrac Dünyamalıyev, Amid Həsənquluyev ilə birlikdə Milli Paralimpiya Komitəsinin əlil arabasında rəqs idmanı üzrə idmançıları Rəsul Zəkiyev və Diana Şahbazova gözəl ifaları ilə yüksək qiymətləndirilmişlər və “Qran Pri”yə sahib olmuşlar.

Beynəlxalq tədbirdə Azərbaycan Xalq mahnısı olan Sarı gəlini Azərbaycan nümayəndə heyətinin istedadlı üzvü Mehrac Dünyamalıyev ifa etmişdir və festivalın aparıcısı tərəfindən “Sarı gəlin” mahnısının Azərbaycan Xalq mahnısı olduğunu və UNESCO tərəfindən qəbul edildiyi qeyd edilmişdi.
Beləliklə, növbəti 2020 –ci ildə “Odlar Yurdu, Bakı -2020″ adlı mahnı, rəqs və incəsənət Beynəlxalq festivalına ev sahibliyi edəcək.

IVERIA – DİAMOND -2019 əlillər üçün beynəlxalq mahnı, rəqs və incəsənət festivalında iştrakçılarımızın və nümayəndə heyətinin iştrak etməsi üçün Birliyimizə maddi dəstəyə görə Azərbaycan Dəmir Yolları QSC-nin sədri, Millət Vəkili Cavid Qurbanova, Abşeron Rayon İcra Hakimiyətinə, təşkilati dəstəyə görə Milli Paralimpiya Komitəsinə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasına, Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinə ,
İnformasiya dəstəyi üçün ARB televiziya kanalına İstedadlı Əlillər İctimai Birliyi adından təşəkkürümüzü bildiririk.