Mahir Emrelinin durumuna aydınlıq gəlib

220

Azərbaycan Premyer Liqasının VII turunun “Sabah”la oyununda zədələnən “Qarabağ”ın futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

SosialMedia.az-ın məlumatına görə, zədələnərək oyunu erkən tərk edən hücumçu bu gün tibbi müayinədən keçib.

Futbolçunun ayaq bağlarında dartınma olduğu aşkarlanıb. Bu səbəbdən də M.Emrelinin təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.