Bakıda qadının çantasından silah tapılıb

168

Bakıda qanunsuz silah aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb və müvafiq araşdırmaların aparılması üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.