Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

133

Sumqayıtda 68 yaşlı kişini avtomaşın vuraraq öldürüb.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, ölümlə  nəticələnən yol-nəqliyyat hadisəsi şəhərinin 9-cu mikrorayonunda qeydə alınıb. Belə ki, yolu keçmək istəyən şəhər sakini 1951-ci il təvəllüdlü Əmiraslanov Yavər Ələmdar oğlunu yolu keçərkən avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.