Sumqayıtda hamilə qadını maşın vurub

212

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada, 1989-cu il təvəllüdlü Abduləzimova Rəqsanə Vahid qızını avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Onun hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.