Bu şəhər işıqsız qaldı – TERROR

160

Taliban radikal qruplaşmasının döyüşçüləri Əfqanıstanın şərqində yerləşən Pərvan vilayətinin elektrik xətlərinin dayaq qülləsini partladıb.
SosialMedia.az-a TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
Xəbərə görə, nəticədə ölkənin paytaxtı Kabil şəhərində elektrik enerjisi kəsilib. Paytaxtda elektrik enerjisinin bərpası üzrə təmir işləri artıq başlayıb.