İki maşın toqquşdu: sürücülərdən biri öldü

27

Oktyabrın 8-də saat 23 radələrində Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Faiq Atakişiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini V.Həsənovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub.
SosialMedia.az-a  Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, nəticədə “Jiquli”nin sürücüsü hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparılır.