Sumqayıtda 29 yaşlı kişi bıçaqlanıb

156

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Gülmalıyev Firdovsi Əlövsət oğlu tanışı tərəfindən bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən F.Gülmalıyev əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.