Bakıda kustar üsulla hazırlanmış spirtli içkilər aşkarlanıb

130

Bakı sakininin maşınından kustar üsulla hazırlanmış spirtli içkilər götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Rəhimovun idarə etdiyi “Volkswagen” markalı yük avtomobilindən kustar üsulla hazırlanmış 456 ədəd  0,7 litrlik, 324 ədəd 0,5 litrlik araq və 150 ədəd 0,25 litrlik viski aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.