Övladını başqa şəxslərlə xaricə göndərmək istəyən vətəndaşlar üçün yenilik edilib

155

“Vətəndaşlar övladlarını başqa bir vətəndaşla xaricə göndərdikdə razılıq ərizəsi verməlidirlər. Artıq razılıq ərizələri notariusa getməklə deyil, hava limanına quraşdırılan xüsusi köşklər vasitəsi ilə həyata keçirilir”.

SosialMedia.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanov deyib.

O bildirib ki, elektron vasitələrdən istifadə etməklə vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi artırılır: “Bizim Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerləşdirdiyimiz köşklərdə istifadə etməklə vətəndaşlar qısa müddət ərzində razılıq ərizələrini təsdiq etdirə biləcəklər. Bu, böyük bir yenilikdir. Çox güman ki, dünyanın heç bir yerində belə yenilik yoxdur, bu, ilk dəfə Azərbaycanda tətbiq olunub”.