Xəzərdə itkin düşən balıqçının axtarışlarına helikopter cəlb olunub

103

Bakı şəhərinin Pirallahı rayonunda balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

FHN-dən SosialMedia.az-a verilən məlumata görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.