Pakistanın baş naziri Türkiyənin Suriyadakı əməliyyatlarını dəstəkləyib

172
A

Pakistanın baş naziri İmran Xan Ankaranın Suriyadakı hərbi əməliyyatları məsələsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmrəy olduğunu və tam dəstəklədiyini bildirib.

SosialMedia.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Pakistan baş nazirinin katibliyindən verilən məlumata görə, Xan cümə günü telefon danışığı zamanı Ərdoğana dəstəyini dilə gətirib.

“Pakistan Türkiyənin terrorla bağlı narahatlığını tamamilə bölüşür. Pakistan Türkiyənin üzləşdiyi təhdid və çətinliklərdən tam xəbərdardır. Türkiyənin təhlükəsizlik, regional sabitlik və Suriyada nizamlanmanın gücləndirilməsi üçün göstərdiyi səylərinin tamamilə uğurlu olmasını diləyirik”, – deyə baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.