Sabahın hava proqnozu açıqlanıb

325

Ölkə ərazisində oktyabrın 13-ü üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SosialMedia.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz.

arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 15-18° isti, gündüz  20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz  20-22°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 80-90 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi  yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz  20-25° isti, dağlarda gecə 5-7° isti, gündüz  12-17° isti təşkil edəcək.