Terrorçuların Suriyadan atdığı raket zərbələri 8 nəfərin ölümünə səbəb olub

400

YPG/PKK terror təşkilatları Suriya ərazisindən Türkiyə ərazisini atəşə tutmaqda davam edir.

SosialMedia.az xəbər verir ki, Mardin vilayətinin Nusaybin rayonuna atılan raket zərbələri nəticəsində 8 dinc sakin həlak olub, 35 nəfər yaralanıb.

Yaralılar arasında vəziyyəti ağır olanlar da var.