Xəzər rayonunda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

12

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən SosialMedia.az-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E. Heydərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi şəxs də müəyyən edilib.

E. Heydərova narkotik vasitəni satmaqda şübhəli bilinən Binə qəsəbə sakini E. Nurəliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 250 qramdan artıq heroin, 176 qrama yaxın tiryək və 50 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Fazktla bağlı araşdırma aparılır.