Azsaylı xalqlar haqqında məlumatlandırma tədbiri təşkil olunacaq

122

Alman Dili Müəllimləri İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında milliazlıqların mədəniyyəti və adət-ənənəsi haqqında tədbirlərin təşkili “ layihəsinin icrasına başlayır.

Bu barədə SosialMedia.az–a layihə rəhbəri Leyla Qasımzadə məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi Ümumtəhsil və ali təhsil müəssisələrində Azərbaycanda yaşayan azsaylı xalqlar ,onların adət-ənənələri,mədəniyyəti,incəsənəti barədə maarifləndirməsi və Sumqayıt şəhərində məskunlaşmış azsaylı xalqların nümayəndələri ilə məktəblilərin görüşünü təşkil etməkdir. İlk tədbir 14 oktyabr 2019-cu il tarixində Sumqayıt şəhər 23 saylı tam orta keçiriləcək. Ümumilikdə isə layihə boyunca Sumqayıt şəhərində beş ümumtəhsil ocağında məlumatlandırma tədbirləri təşkil olunacaq.