Oktyabrın 27-də dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

112

Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 27-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən SosialMedia.az-a verilən xəbərə görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat 17 oktyabr saat 18:00-dək davam edəcək.

Oktyabrın 14-ü saat 14:50-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 163, BB vəzifə qrupu üzrə 668 nəfər olmaqla, ümumilikdə 831  nəfər qeydiyyatdan keçib.