Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 4-cü lisenziyanı qazanıblar

174

Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 4-cü lisenziyanı qazanıblar

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarına 4-cü lisenziyasını qazanıb.

SosialMedia.az-ın məlumatına görə, növbəti vəsiqəyə paraatıcı Kamran Zeynalov sahib olub.

O, Avstraliyanın Sidney şəhərində keçirilən dünya çempionatında güllə atıcılığında 50 m məsafədən hədəfi nişanalmada ilk “15-liy”ə düşüb və Paralimpiadada iştirak hüququ qazanıb.

Qeyd edək ki, K. Zeynalovdan öncə digər güllə atıcısı Yelena Taranova, həmçinin parapauerliftinqçi Elşən Hüseynov və paraüzgüçü Roman Saley də Tokio-2020-yə lisenziyaya yiyələniblər.

Qeyd edək ki, Kamran Zeynalov “Əlilliyi OLan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin üzvüdür.