Azərbaycana mobil telefon idxalı iki dəfəyə yaxın artıb

178

Bu ilin yanvar-avqust ayında Azərbaycana 849 170 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə “SosialMedia.az-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan sözügedən məhsulların sayı 65,7% artıb.

Cari ilin səkkiz ayı ərzində idxal olunan məhsulların dəyəri 99 985,3 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 98,3% çoxdur.