Bakıda küçədən kişi meyiti tapılıb

155

Bakıda ölüm hadisəsi baş verib.

SosialMedia.az-ın məlumatına görə, paytaxtın Qaradağ rayonu ərazisində küçədə orta yaşlı kişinin meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin, Qaradağ rayon sakini, 1965-ci il təvəllüdlü Kərimov Fariz Xıdır oğlu olması müəyyən edilib.

M.Məmmədovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.