Sumqayıtda ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub

116

Sumqayıtda ölümlə nəticələnən qəzaya səbəb olan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də şəhər sakini Ramin Hüseynovun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mitsubishi” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini S.Dadaşov tutulub.

Faktla bağlı araşdırma aparılır.