Türkiyəyə Suriyadan top mərmiləri atılıb, ölən və yaralılar var

238

Türkiyə ordusunun Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra terrorçular Türkiyə ərazisini top atəşinə tutub.

SosialMedia.az-ın yerli bürosunun xəbərinə görə, PKK/YPG terrorçuları Suriyanın Haseke vilayətindən Mardin vilayətinin Qızıltəpə rayonuna top mərmiləri atıblar.

Nəticədə 2 nəfər Türkiyə vətəndaşı şəhid olub, 12 nəfər isə yaralanıb.