Sumqayıtdakı İctimai Birlik bacarıqlı əlillərə dəstək verir – Video

20357

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏŞSMİD) İctimai Birliyi bir neçə il əvvəl fəaliyyətə başlasa da, artıq xeyli işlər görüb. Sumqayıtda yerləşən İctimai Birliyin hazırda 70 dən çox üzvü və 12 könüllüsü var.

Birliyin əsas məqsədi əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması ilə onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Eləcə də, əlillərin sosial müdafiəsi və sağlamlığının qorunması əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdiliməsinə yardım etmək və onları peşəyə, təhsilə cəlb etməkdir.
Səbinə Kərimovanın rəhbərlik etdiyi təşkilatın bu günə qədər həssas qrupun maarifləməsi, tədrisi ilə bağlı reallaşdırdığı layihələrin uğurlu nəticələri olub. Belə layihələrdən biri də əlilliyi olan xanımların əl işlərinin sərgisini təşkil etmək, onlara hər cür dəstəyin göstərilməsidir. Təşkilatın imkanlarından yararlanan xanımlar bu gün də ictimai birlikdən razılıq edirlər və əməkdaşlıq davam edir. Bir qrup xanım hətta öz büdcəsini yaratmaq imkanı əldə edib.

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi