Sumqayıtda aztəminatlı ailələrə hüquqi yardım göstəriləcək

272

SosialMedia.az xəbər verir ki,01 oktyabr 2019- 31 may 2020-ci il tarixlərində Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatının və Niderland Krallığının Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək proqramı çərçivəsində Sumqayıt və yaxın regionlarda “Aztəminatlı ailələrə hüquqi yardımın təşkili” təşəbbüsü icra ediləcəkdir. Bu fəaliyyətin təqdimat mərasimi 18.10.2019-cu il tarixində saat 15:00-da Sumqayıt şəhər, 1-ci mkr, bina 45b ünvanında yerləşən “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin ofisində təşkil edilmişdir.

Təqdimat mərasimində Sumqayıt şəhəri və yaxın nregionalrda çalışan QHT və KİV nümayəndələri, psixoloqlar, hüquqşunaslar və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri iştrak etmişdirlər. Tədbiri giriş sözü ilə ofisin rəhbəri Zenfira xanım Mustafayeva açaraq tədbir iştrakçılarını salamlamışdır. Zenfira xanhım rəhbəri olduğu təşkilatın icra etdiyi və icrasında dəstək olduqları layihələr barəsində məlumat vermişdir. Sonradan söz Sumqayıt və yaxın regionlarda “Aztəminatlı ailələrə hüquqi yardımın təşkili” təşəbbüsünun rəhbəri, hüquqşunas Ruslan Mustafazadəyə verilmişdir. Ruslan bəy Sumqayıt və yaxın regionlarda “Aztəminatlı ailələrə hüquqi yardımın təşkili” təşəbbüsünün məqsədləri, təşəbbüs çərçivəsində icrası planlaşdırılan fəaliyyətlər barədə geniş və ətraflı məlumatlar vermişdir.

Ruslan bəy qeyd etmişdir ki, fəaliyyət çərçivəsində aztəminatlı ailələrə yüksək keyfiyyətli, davamlı, pulsuz (ödənişsiz) psixoloji və hüquqi yardım xidmətləri təklif olunacaqdır. Xidmətlər Sumqayıt şəhəri və ətraf 12 regionu( şəhər və rayon) əhatə edəcəkdir. Həmçinin psixoloqlar və hüquqşunaslar üçün təlimlərin təşkil ediləcəyi də qeyd edilmişdir.
Qeyd edək ki, Sumqayıt və yaxın regionlarda “Aztəminatlı ailələrə hüquqi yardımın təşkili” təşəbbüsünün icrasının gedişatı barədə mütəmadi olaraq məlumatlar yayılacaqdır.