Bakıda qadın bıçaqla bir nəfərə ağır xəsarət yetirib

139

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

SosialMedia.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Binnətov Kənan Cavanşir oğlu orta yaşlı qadın tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən qadını saxlayıb. Faktla bağlı araşdırma aparılır.