Şuranın dəstəyi ilə məktəblilər arasında təşkil olunan tədbirlər sona çatdı

265

Sumqayıtda Alman Dili Müəllimləri İctimai Birliyi, 01.08.2019-cu il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında milliazlıqların mədəniyyəti və adət-ənənəsi haqqında tədbirlərin təşkili “ layihəsinin icrasına başlayıb.

Layihə Sumqayıt şəhəri 5 ümumtəhsil müəsissələrində təşkil edilib. Layihənin məqsədi Ümumtəhsil və ali təhsil müəssisələrində Azərbaycanda yaşayan azsaylı xalqlar ,onların adət-ənənələri,mədəniyyəti,incəsənəti barədə maarifləndirməsi və Sumqayıt şəhərində məskunlaşmış azsaylı xalqların nümayəndələri ilə məktəblilərin görüşünü təşkil etməkdir.

SosialMedia.az xəbər verir ki, sonuncu tədbir Sumqayıt şəhəri 33 saylı tam orta məktəbdə təşkil olundu. Tədbiri giriş sözü ilə Birliyin rəhbəri Leyla Qasımzadə açaraq,iştirakçıları salamlayaraq, ölkəmizdə yaşayan azsaylı xalqlarla olan dostluqdan,onların adət-ənənəsində bir doğmalıq olduğunu qeyd etdi. Sonra təlimçi Səfanə Dadaşzadə ölkəmizdə məskunlaşmış azsaylı xalqların dinindən,adət-ənənəsindən və mədəniyyətindən məktəbliləri məlumatlandırdı. Sonda çay süfrəsi arxasında müzakirələr davam etdi.